Slimfit
  1. İQTİSADİYYAT

Rusiyada neft qiymətlərinin cari ilə proqnozu açıqlandı

Rusiyada neft qiymətlərinin cari ilə proqnozu açıqlandı
Sakura

Rusiyada neft qiymətlərinin cari ilə proqnozu açıqlandı

Rusiya Energetika Nazirliyinin qənaətincə, bu il neftin bir barelinin orta illik qiyməti 30 ABŞ dollarından bir qədər çox olacaq.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirliyin departament direktoru Aleksandr Qladkov onlayn konfransda çıxışında bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, ölkənin 2035-ci ilədək enerji strategiyasında neftin yüksək qiyməti nəzərdə tutulmadığından hazırkı böhranda istehsalat göstəriciləri dəyişməyəcək. Belə ki, strategiyaya əsasən, Rusiyada neft və qaz kondensatının illik hasilatı 2024-cü ilədək 556-560 milyon ton, daha sonra isə vəziyyətə görə 490-555 milyon ton səviyyəsində, qaz hasilatı isə 2024-cü ilədək 795,1 - 820,6 milyard kubmetr, sonrakı dövrdə isə 859,7 milyard - 1 trilyon kubmetr həcmində nəzərdə tutulur.

Xatırladaq ki, 2019-cu ildə neftin orta illik qiyməti 63 dollar/barel səviyyəsində olub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR