Slimfit
  1. DÜNYA

Rusiyada koronavirus testinin cavabını almayan xəstələr aclıq aksiyasına başladı

Rusiyada koronavirus testinin cavabını almayan xəstələr aclıq aksiyasına başladı
Sakura

Rusiyada koronavirus testinin cavabını almayan xəstələr aclıq aksiyasına başladı

Rusiyanın Kirov vilayətində koronavirusa yoluxan xəstələrin yerləşdirildiyi xəstəxananın 11 pasiyenti aclıq elan edib.

Bu barədə “BAZA” Telegram kanalı xəbər yayıb.

Bildirilir ki, onlar COVID-19-la bağlı testlərinin cavabını almamalarına etiraz edirlər və açıqlama istəyirlər.

Xəstəxananın pasiyentlərinin yarıdan çoxu fəhlələrdir. Onlar müxtəlif günlərdə xəstəxanaya yerləşdirilib.

Koronavirusla bağlı bütün testlərdən keçmələrinə baxmayaraq, nəticələr onlara bildirilməyib. 

11 pasiyent aclığa başladıqları barədə bəyanatla çıxış edib. Onlar xəstəxana rəhbərliyindən cavab alacaqları təqdirdə aclığı dayandıracaqlarını bildiriblər.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR