Dərc edildi: Baxış sayı: 367
Rusiyada əfsanəvi DST-yə əvəz tapıldı
Draqun snayper tüfəngini (DST) əvəz edəcək Çukavin snayper tüfənginin (ÇST) seriyalı istehsalına iki il sonra başlanılacaq.
Bu barədə RİA “Novosti”yə konsernin baş konstruktoru Sergey Urjumtsev xəbər verib.
Urjumtsev qeyd edib ki, təcrübə-konstruktor işlərinə 2017-ci ildə başlanılıb və sifarişçilər güc strukturlarıdır. Yaxın iki il ərzində bu işlərin başa çatdırılması və ÇST-nin seriyalı buraxılması planlaşdırılır.
Konstruktorun sözlərinə əsasən, yeni tüfəngin əsas sifarişçisi Müdafiə Nazirliyidir, belə ki, 1963-cü ildə qəbul edilmiş DST-yə o vaxtdan əhəmiyyətli yeniliklər edilməyib: “Onun parametrləri bir neçə on il saxlanılıb və hərbçilərin ehtiyaclarını təmin edirdi”.
ÇST layihə bütün hərbi hissələrdə DST-ni əvəz etməlidir. Tüfəng üç kalibrli - 7, 62x51, 7,62x54R və .338 LM (8,6x70 millimetr) hazırlanır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət