Dərc edildi: Baxış sayı: 266
Rusiyada demilitarisaziya zonaları mütləqdir - Podolyak
Ukraynanın müharibədən sonrakı strukturunun əsas mövzusu Rusiya ərazisinə 100-120 km dərinlikdə silahsızlaşdırılmış zonanın daxil edilməsi olmalıdır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Onun sözlərinə görə, bu, gələcəkdə növbəti hücumdan qaçmaq üçün vacibdir:
“Xarkov, Çerniqov, Sum, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin sakinlərinin təhlükəsizliyini təmin etmək və onları mərmilərdən qorumaq üçün Belqorod, Bryansk, Kursk, Rostov vilayətləri ərazisində 100-120 km-lik silahsızlaşdırılmış zonanın tətbiqi məcburi olmalıdır”, - Podolyak bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət