Dərc edildi: Baxış sayı: 487
Rusiyada COVID-19-a yoluxan hərbçilərin sayı artdı
Rusiyada koronavirusa yoluxan hərbiçilərin sayı 901 nəfərə çatıb.
“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Belə ki, son bir gündə daha 27 hərbçidə koronavirus aşkarlanıb.
Bundan başqa, 963 kursant və ali hərbi məktəblərin tələbəsində COVID-19 testi müsbət çıxıb.
Qeyd edək ki, Rusiyada 87 147 nəfər koronavirusa yoluxub, 794 şəxs vəfat edib. Müalicə alan 7 346 xəstə sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət