Banklar işçiləri ofisdə yaşayaraq işləmək rejiminə hazırlayır
İri banklar işçilərin bir hissəsini ofisdə yaşayaraq işləmək üçün köçürə bilər.
Razılaşanlar daha yüksək maaş və bonuslar alacaqlar.
Ens.az saytı bildirir ki, Rusiyada fəaliyyət göstərən Sovcombank-da on nəfərə yaxın işçi artıq belə bir rejimə keçib. Bankdakı dəyişikliklər əməliyyatların davamlılığını və etibarlılığını təmin etməyin zəruriliyindən irəli gəlir.
Eyni iş rejiminə keçmə planı bu ölkədəki Zenit Bank tərəfindən də hazırlanır. Təşkilat artıq yaşayış üçün lazım olan əşyaları və məhsullar alıb. Bundan əlavə, həmin işçilərə tibbi dəstək də veriləcək.
Hazırda VTB, Rosbank, Raiffeisenbank və bir sıra digər təşkilatlarda işçilərin çoxu uzaqdan iş rejiminə keçib, bəziləri ofisə gedir, ancaq hələ ki, orada yaşamırlar.
Mənbə: moika78.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət