Slimfit
  1. DÜNYA

Rusiyada 20 milyon insan işsiz qala bilər

Rusiyada 20 milyon insan işsiz qala bilər
Sakura

Rusiyada 20 milyon insan işsiz qala bilər

2030-cu ilədək Rusiyada işləyən vətəndaşların 45.5 faizi ixtisara düşə bilər.

Azvision.az xəbər verir ki, bu barədə “İzvestia” qəzeti “RANXiQS”in araşdırmasına istinadən məlumat yayıb. Bildirilib ki, bir çox işçilər ya əmək bazarını tərk etməli, ya da yenidən təhsil almalı olacaqlar. Üstəlik, bu, yalnız rəsmi qaydada işləyənlərə aiddir.
Tədqiqat müəlliflərinin fikrincə, rəqəmsallaşma və avtomatlaşdırma 20,1 milyon insana təsir edəcək. Belə ki, söhbət robotların insanları əvəz etməsindən gedir.

Mütəxəssislər hesab edirlər ki, otel və restoran biznesindəki işlərin çoxunu robotlara həvalə etmək olar. Nəticədə, bu sahədə işləyənlərin 73%-i işsiz qalacaq. Tərtib olunan siyahıda istehsal (60%), kənd təsərrüfatı və meşə təsərrüfatı (58%), pərakəndə satış (53%) və mədənçilik də (51%) yer alıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR