Slimfit
  1. DÜNYA

Rusiya xaricə ilk uçuşları kütləvi şəkildə ləğv edir

Rusiya xaricə ilk uçuşları kütləvi şəkildə ləğv edir
Sakura

Rusiya xaricə ilk uçuşları kütləvi şəkildə ləğv edir

Rusiya aviaşirkətləri avqustun əvvəlində koronavirus pandemiyası dövründə fasilədən sonra əvvəlcədən elan edilmiş cədvələ düzəlişlər etməyə və xaricə ilk uçuşları ləğv etməyə başlayıb.

Bu barədə “Kommersant” məlumat yayıb.

Uçuşların kütləvi surətdə təxirə salınması ilə bağlı sosial mediada xəbərlər yayılır. Eyni zamanda, Moskvadan keçməklə xaricə uçmağı planlaşdıran ruslar bilet mübadiləsi edə bilmirlər.

Ekspertlərin fikrincə, bu yolla aviadaşıyıcılar təyyarələrin maksimum dolmasına və uçuşların gəlirliliyini artırmağa çalışırlar.

Bənzər bir vəziyyət Avropada müşahidə olunub - orada nəqliyyatın bərpasından sonra yerli aviaşirkətlər uçuşların yerinə yetirilməsinə zəmanət vermədən bilet satıblar.

Rusiya avqustun 1-dən beynəlxalq reysləri bərpa edir. Birinci mərhələdə uçuşlar yalnız Moskva, Sankt-Peterburq və Rostov-Dondan həyata keçiriləcək.

İlk növbədə uçuşların bərpa ediləcəyi ölkələr Böyük Britaniya (London), Türkiyə (1 avqustdan Ankara və İstanbul, 10 Avqust - Antalya, Bodrum və Dalaman) və Tanzaniyadır (Zanzibar adası). Siyahı getdikcə genişlənəcək.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR