Dərc edildi: Baxış sayı: 453
Rusiya və İran dollardan imtina edir
Moskva və Tehran qarşılıqlı ödənişlərdə daha dollardan istifadə etməyəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan bildirib.
O qeyd edib ki, İranla Rusiya ödənişləri milli valyutalarda yaxud avroda etməyə çalışacaq.
“Əslində iranlılarla qarşılıqlı ödənişlərdə dollardan imtina etmişik. Rusiya rublu və İran rialına, xüsusi ehtiyac yarandıqda isə avroya əsaslanacağıq”, - deyə diplomat vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət