“Rusiya üçün Ermənistanın çiçəklənməsi hər şeydən önəmlidir”
“Qərb erməni əhalisinin taleyinə biganədir, lakin Rusiya üçün Ermənistanın çiçəklənməsi hər şeydən önəmlidir”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Ötən il bir çox ölkələr və dünyanın bir çox xalqları üçün çətin oldu. Ermənistan, dost xalqımız üçün asan olmadı. Biz İrəvanı daha da təhlükəli geosiyasi oyunlara sürükləmək üçün hər cür cəhdləri görürük. Biz görürük ki, Qərb erməni əhalisinin, Ermənistan xalqının taleyinə tamamilə biganədir. Onlar öz hisslərindən, tarixi yaddaşlarından, ağrı və iztirablarından yalnız öz maraqları üçün istifadə edirlər”, - Zaxarova bildirib.
“Mən öz adımdan səmimi qəlbdən Ermənistan xalqına yeni ildə sülh, firavanlıq və mümkünsə, ötən ildə rastlaşdığımız problemlərdən az olmasını arzulayıram”, - diplomat əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət