Slimfit
  1. DÜNYA

Rusiya təqaüd yaşını artırmaq istəyir. Bəs qonşuları bunu necə edib?

Rusiya təqaüd yaşını artırmaq istəyir. Bəs qonşuları bunu necə edib?
Sakura

Rusiya təqaüd yaşını artırmaq istəyir. Bəs qonşuları bunu necə edib?

Rusiya ölkədə təqaüd yaşının qaldırılmasını planlaşdırmaqla keçmiş SSRİ-dəki Avropaya meyilli qonşularının addımını yeriyir.

Rusiya ilə qonşu ölkələrdə təqaüdlər müxtəlifdir, lakin hətta həmin ölkələrinən "varlısı" olan Estoniyada da təqaüdçülər yoxsul həyat sürür.

Keçmiş SSRİ-nin Avropaya meylli respublikalarının hamısında oxşar problemlər özünü göstərib: əhalinin qocalması və sayca azalması, nəticədə isə, təqaüd sisteminin etibarlı şəkildə işləməsinə tələb olunan pulun çatışmaması.

Bu səbəbdən həmin ölkələrin hamısında təqaüd islahatları keçirilib və ya keçirilir, təqaüd yaşları artıq qaldırılıb və ya qaldırılır.

İndi isə Rusiyada da təqaüd yaşını kişilər üçün 60-dan 65-ə, qadınlar üçün isə 55-dən 63-ə qaldırmaq təklif olunur.

Qazaxıstan

Kişilər üçün təqaüd yaşı artıq 63 yaşa qaldırılıb, hazırda isə 58 yaşında təqaüdə çıxa bilən qadınların təqaüd yaşı isə bu il yarım il artırılacaq. Bu islahat prosesinin sonunda qadınların təqaüd yaşı kişilərin təqaüd yaşına çatdırılmalıdır.

Belə ki, bu il qadınların təqaüd yaşı 58,5 yaşdır, gələn il 59 yaş olacaq, 2027-ci ildə isə 63 yaş təşkil edəcək və islahat prosesi bununla bitəcək.

Belarus

Təqaüd yaşının artırılması barədə qanun 2016-cı ildə qəbul olunub, təqaüd yaşının artırılmasına 2017-ci ildə başlanılıb. Nəticədə, 2023-cü il üçün kişilərin pensiya yaşı 60-dan 63-ə, qadınlar pensiya yaşı isə 55-dən 58-ə qalxmalıdır.

Ukrayna

Qadınların pensiya yaşının kişilərdəki kimi 60 yaşına çatdırılması prosesinə burada hələ 2011-ci ildə başlanılıb. İndi qadınlar 58,5 yaşında pensiyaya çıxır.

2017-ci ildə təqaüd alınması üçün minimal əmək stajı 25 ilədək artırılmışdı. Təqaüdü formalaşdıran mənbələrin tərkibinə gələn il icbari təqaüd sığortasının da əlavə edilməsi nəzərdə tutulub. Bu baxımdan Ukrayna digər keçmiş SSRİ respublikalarından xeyli geridə qalıb.

Latviya

Latviya kişilərlə qadınların pensiya yaşını artıq qaldırıb və bərabərləşdirib - 2014-cü ilə qədər bu hədd qadınlar və kişilər üçün 62 yaş olub. 2014-cü ildən isə təqaüd yaşının yenidən qaldırılmasına başlanılıb. Bu proses 2025-ci ildə, pensiya yaşı 65 yaşa çatdırılanda, sona yetməlidir.

Litva

Litvada da pensiya yaşı bundan əvvəl qaldırılmışdı, indi isə yenidən qalxır.

2012-ci ilədək Litvada qadınlar pensiyaya 60 yaşında çıxırdılar, kişilər isə - 62,5 yaşında. Bundan sonra isə həm kişilərin, həm qadınların pensiya yaşının yenidən yavaş-yavaş qaldırılması prosesinə start verilib. Bu proses hər iki qrup üçün pensiya yaşı 65 yaşına çatanadək davam edəcək və 2026-cı ildə sona yetəcəyi nəzərdə tutulub.

Estoniya

Estoniyada keçən ilədək pensiya yaşı həm kişilər, həm qaınlar üçün 63 yaş olub. İndi isə pensiya yaşının təqaüdə çıxanların təvəllüdündən asılı olaraq adımbaaddım, hər dəfə 3 ay əlavə etməklə, 65 yaşına qaldırılması prosesinə başlanılıb.

Bu proses 2026-cı ildə sona yetməlidir.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR