Dərc edildi: Baxış sayı: 826
Rusiya sülhməramlıları Kəlbəcərə 180 tondan artıq humanitar yardım çatdırdı
Rusiya sülhməramlıların müşayiəti ilə tikinti materialları daşıyan kolon artıq Kəlbəcər rayonundadır.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
Bildirilir ki, rusiyalı hərbçilərin müşayiəti ilə 25 yük maşınından ibarət kolon Kəlbəcərə 180 tondan çox yük çatdırıb. Yardım sosial obyektlər, yaşayış binaları üçün enerji və su təchizatı sistemlərinin bərpası üçün nəzərdə tutulub.
Məlumatda o da vurğulanır ki, yük elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materiallarından ibarətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət