Slimfit
  1. DÜNYA

Rusiya səfiri Navalnı məsələsinə görə Britaniya XİN-ə çağırılıb

Rusiya səfiri Navalnı məsələsinə görə Britaniya XİN-ə çağırılıb
Sakura

Rusiya səfiri Navalnı məsələsinə görə Britaniya XİN-ə çağırılıb

Rusiyanın Böyük Britaniyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Britaniya hökumətinin Aleksey Navalnının “Noviçok” maddəsi ilə zəhərlənməsi ilə bağlı dərin narahatlığı Rusiya hökumətinə çatdırılıb.

"Xarici İşlər naziri qadağan olunmuş kimyəvi maddənin istifadəsinin və bunun öndə gələn rus müxalifət liderinə qarşı işlədilməsinin qətiliklə qəbuledilməz olduğunu bildirib. Bu hadisə Rusiya torpağında, Rusiya vətəndaşına qarşı baş verib. Rusiya bununla bağlı cavab verməlidir. Onların yerinə yetirmək üçün beynəlxalq öhdəlikləri var. Bu, cəmiyyətlərimizin təhlükəsizliyini təmin edən beynəlxalq qaydalara qarşı hücumdan başqa bir şey deyil".

Bəyanatda qeyd edilib ki, Rusiya Navalnının zəhərlənməsi ilə bağlı tam, şəffaf bir cinayət istintaqı aparmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR