Dərc edildi: Baxış sayı: 421
Rusiya sabah bu gəmiləri qaytarır
Ötən il Kerç boğazında Rusiya tərəfindən saxlanılan Ukrayna gəmiləri sabah Ukraynaya təhvil veriləcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Krım üzrə Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
“Ukrayna tərəfi ilə əldə edilən razılığa əsasən, 3 gəmi - “Yanı Kapu” yedək gəmisi, aşağı zirehli “Nikopol” artilleriya gəmisi və “Bredyansk” 18 noyabrda Kerçdən müəyyən edilmiş nöqtəyə aparılacaq”, - deyə bildirilib.
Təhvil-təslim prosesinin neytral sularda baş tutacağı deyilib.
Qeyd edək ki, ötən ilin 25 noyabrında Kerç boğazında yaşanan insident nəticəsində 3 Ukrayna gəmisi Rusiya tərəfindən ələ keçirilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət