Rusiya MOİK-i millimizdə çıxış etmiş futbolçunu istəmədi
Bir müddətdir Rusiya MOİK-ində baxışda olan David Qarayev müqavilə ilə məxsus olduğu KAMAZ-a qayıdacaq.
"Report" xəbər verir ki, bu barədə Rusiya Milli Futbol Liqası təmsilçisinin baş direktoru Aynur Minnexanov "Sport24.ru"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, 24 yaşlı futbolçu ilə bağlı Moskva klubundan onlara heç kim zəng vurmayıb: "Baş məşqçi Viktor Qonçarenko düşünmək üçün bizdən vaxt istədi. Amma bundan sonra qarşı tərəfdən xəbər gəlmədi. David KAMAZ-a qayıdacaq. Çünki onun klubumuzla müqaviləsi var".
Qeyd edək ki, 2018-ci ildən KAMAZ-da çıxış edən hücumçu 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Qarayev cari mövsümün ilk yarısında Milli Futbol Liqasında meydana çıxdığı 16 qarşılaşmada 11 qol vurub, 3 dəfə sarı vərəqə alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət