Slimfit
  1. DÜNYA

Rusiya koronavirusa görə yaşlılara pul verəcək

Rusiya koronavirusa görə yaşlılara pul verəcək
Sakura

Rusiya koronavirusa görə yaşlılara pul verəcək

Rusiyanın paytaxtı Moskvada martın 26-dan aprelin 14-dək 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxmaması tövsiyə olunur.

Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Moskva meri Sergey Sobyanin vətəndaşlara müraciətində bildirib. O, bu çağırışın həmçinin xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə də şamil edildiyini deyib.

 

S.Sobyanin qeyd edib ki, özünü təcrid edən yaşlılara izolyasiya ilə bağlı yarana biləcək xərcləri kompensasiya etmək üçün 65 yaşdan yuxarı hər kəsə 4 min rubl (83 manat) birdəfəlik təzminat ödəniləcək. Pulun yarısı əvvəlcədən, qalanı isə ev rejimi bitdikdən sonra veriləcək. 

Sobyanin gənclərə də müraciət edərək “xəstəliyin əlamətlərini hiss etmədən belə yaşlı insanlar üçün həyati təhlükəli olan koronavirusun daşıyıcısı ola bilərsiniz” deyib və əlavə edib ki, gənclər də bu dönəmdə yaşlı insanlarla ünsiyyətdə olmasınlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR