Dərc edildi: Baxış sayı: 163
Rusiya ilə savaş başlasa, bu regionu məhv edəcəyik - Litva
Rusiya NATO ilə hərbi münaqişəyə başlasa, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus X səhifəsində yazıb.
Diplomat qeyd edib ki, İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizi alyansın daxili dənizinə çevriləcək.
Onun fikrincə, Rusiyanın NATO-ya üzv dövlətlərə təcavüzü halında ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”.
“Rusiyanın NATO tərəfindən mühasirəyə alınması ilə bağlı əvvəlki ittihamlar indi reallığa çevrilir”, - Linkyaviçyus bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət