Dərc edildi: Baxış sayı: 276
Rusiya ilə heç bir danışıq aparılmayıb - Qaribaşvili
Gürcüstan hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpası ilə bağlı heç bir danışıq aparmayıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
"Bizim heç bir danışığımız olmayıb, hökumətimiz heç bir danışıq aparmayıb. Bizim çox böyük diasporumuzun nümayəndələri bunu xahiş ediblər, gürcü biznesi bunu istəyib, bilirəm ki, başqa qruplar da bunu istəyiblər", - Qaribaşvili bildirib.
Qeyd edək ki, Putinin fərmanı ilə 15 maydan Gürcüstana birbaşa uçuşlar bərpa edilib və Gürcüstan vətəndaşlarına viza rejimi aradan qaldırılıb. Qərbmeyilli qüvvələr, o cümlədən Prezident Zurabişvili isə buna kəskin etiraz edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət