Dərc edildi: Baxış sayı: 677
Rusiya ilə dil tapmağa çalışırıq – Paşinyan
Qaz qiymətləri Rusiya ilə münasibətlərimizdə vacib məsələdir.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu məsələnin bütün nüanslarını anlamaq lazımdır. Ona görə də mən Rusiya prezidenti ilə görüşdə bizim çox yaxşı iqtisadi dinamikamızın olduğunu dedim. Bizim qaz qiymətini razılaşdırmağımız çox vacibdir. Bu qiymətin bizim iqtisadiyyatımızda tempi yox etməməsi lazımdır. Ümid edirəm ki, biz ortaq dil tapacağıq. Belə ki, Rusiya ilə münasibətlərimiz adi deyil”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət