Rusiya Federasiya Şurasının sədri: "Azərbaycan Prezidentinə minnətdarıq"
“Rusiya ilə Azərbaycan liderləri arasında qarşılıqlı etimad iki ölkənin əməkdaşlığının genişlənməsi üçün xüsusi əlverişli ab-hava yaradıb”.
“Report” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko jurnalistlərə deyib.
“Qarşılıqlı faydalı bu əlaqələrin qarşılıqlı hörmətə əsaslanması, hər iki ölkənin mənafeylərini nəzərə alması çox mühümdür. Bunlar artıq strateji tərəfdaşlıq səviyyəsinə çıxan başqa ölkələr üçün də nümunədir”, - deyən V.Matviyenko bütün rusiyalılar adından Azərbaycan Prezidentinə rus dilinin, rus mədəniyyətinin öyrənilməsi üçün ölkədə yaratdığı əlverişli mühit”ə görə minnətdarlığını ifadə edib.
“Humanitar əməkdaşlığa gəlincə, onun daha da inkişaf etməsinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondu, habelə təhsil, mədəniyyət, elm sahələrində həyata keçirilən bir sıra mühüm layihələr böyük töhfələr verir”, - rusiyalı qonaq vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət