Slimfit
  1. SİYASƏT

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Azərbaycan Prezidentinə təşəkkür edib
Sakura

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru, MDB dövlətlərinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının sədri Aleksandr Bortnikov Prezident İlham Əliyevə təşəkkür edib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,A.Bortnikov bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbulu zamanı deyib.

"İlham Heydər oğlu, yaradılan şəraitə və bugünkü görüşdə bizə verdiyiniz tövsiyələrə, tarixi arayışa, hazırda bizim içərisində olduğumuz MDB məkanında və regionda baş verən proseslərin əsaslandırılmasına görə bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu, baş verənlərin anlaşılması və obyektiv qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Əlbəttə, bugünkü iclasın nəticələrindən gələcəkdə dövlətlərimizin təhlükəsizliyinin təmin edilməsi məsələlərinin həllində maksimum dərəcədə səmərəli və məhsuldar istifadə etmək üçün bizdən asılı olan hər şeyi edəcəyik", - Aleksandr Bortnikov qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR