Slimfit
  1. DÜNYA

Rusiya BMT TŞ-nin iclasını tələb etdi

Rusiya BMT TŞ-nin iclasını tələb etdi
Sakura

Rusiya BMT TŞ-nin iclasını tələb etdi

BMT Təhlükəsizlik Şurası aprelin 2-də İsrailin Suriyada İranın diplomatik obyektinə hücumu ilə bağlı Rusiyanın istəyi ilə açıq iclas keçirəcək.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra iranlılar bu hərəkəti pisləmək tələbi ilə BMT Təhlükəsizlik Şurasına müraciət ediblər. İranlıların məktubunun davamı olaraq BMT Təhlükəsizlik Şurasının açıq iclasının keçirilməsini istədik. İclas aprelin 2-də Nyu York vaxtı ilə saat 15:00-a təyin edilib”, - o bildirib.

Qeyd edək ki, ötən gün İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi zərbə nəticəsində SEPAH-ın iki generalı, 5 zabiti və diplomatlar ölüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR