Slimfit
  1. DÜNYA

Rus qızları gəmi kapitanı ola biləcək

Rus qızları gəmi kapitanı ola biləcək
Sakura

Rus qızları gəmi kapitanı ola biləcək

Qatar maşinsti, gəmi kapitanı və ya mexaniki olmaq istəyən, ancaq on illərlə bu arzularından vaz keçməyə məcbur olan rus qızları arzularını həyata keçirməyə yaxındırlar.

BakuPost Rusiya mediasına istinadla xəbər verir ki, qadınlara bu kimi ağır fiziki işlərdə çalışmağı qadağan edən qanuna əlavə və düzəlişlər ediləcək. Bu qanun SSRİ dövründə, 1974-cü ildə qəbul olunub. O zaman hesab edilib ki, ağır işlər qadınların ana olması üçün zərərlidir.

2000-ci ildə Rusiya prezidenti Putin tərəfindən yenilənən həmin qanunda qadınların buldozerdə işləməkdən tutmuş yanğın söndürməyə qədər 38 sahədə, 465 növ işdə çalışması qadağan edilir. Hazırda əmək məsələlərinə məsul olan federal nazirlik qadınlar üçün qadağan olunan iş yerlərinin sayını ixtisar etməyi nəzərdə tutan qanun layihəsi hazırlayaraq Rusiya Dumasına göndərmək fikrindədir.

Bu qanun parlament tərəfindən qəbul olunsa, 2021-ci ildən etibarın rusiyalı qadınlar avtomobil təmiri sahəsi, balıq ovu, buldozer, traktor və qatar idarə etmək kimi işlərdə çalışa biləcəklər.

Bununla belə, təxminən 100 növ iş yeri yenə də qadınlar üçün qadağan olunmuş işlər siyahısında qalacaq. Buraya yanğınsöndürmə, dağ-mədən və kimya sənayesi üzrə ağır işlər aiddir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR