Dərc edildi: Baxış sayı: 824
Rus peyvəndi bu müddət ərzində effektiv olacaq
Rusiyanın koronavirusa qarşı hazırladığı peyvənd tətbiq edildikdən sonra ən azı iki il effektiv olacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Qamaley Mərkəzinin direktoru Aleksandr Ginzburq deyib.
"Peyvəndin fəaliyyət müddəti və qoruyucu xüsusiyyətləri qısamüddətli olmayacaq. Hesablamalarımıza əsasən, bu müddət azı iki il davam edəcək", - Ginzburq bildirib.
Xatırladaq ki, avqustun 11-də Rusiyada "Sputnik V" adlı dünyanın ilk koronavirus əleyhinə peyvəndi qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət