Dərc edildi: Baxış sayı: 376
Rus casusları Fransada baza yaradıbmış - Şok
Rusiyanın Baş Kəşfiyyat İdarəsinin minimum 15 zabiti 2014-cü ildən 2018-ci ilə qədər Alp dağlarının Fransadakı hissəsini dayaq bazası kimi istifadə ediblər.
Axar.az xəbər verir ki, bu məlumatı “Le Monde” yayıb. Məlumata görə, rusiyalı casusların aşkarlanmasında Fransa, Britaniya, İsveçrə və ABŞ kəşfiyyatı iştirak edib. Bu ölkələrin kəşfiyyatlarının müəyyən etdiyi şəxslərin hamısının qətllərdə peşəkarlaşan şəxslər olduğu bildirilib.
Bununla bağlı tədqiqatların Sergey Skripalın zəhərlənməsindən sonra başladığı vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət