Dərc edildi: Baxış sayı: 723
Qoxu yayanlara cəza kəsiləcək
Ens.az bildirir ki, Rumıniyada olfaktiv (qoxu) narahatlıq, yəni əhalinin sağlamlığına və ətraf mühitə təsir edə biləcək fəaliyyətlərin nəticəsi haqqında qanun qüvvəyə minib.
İndi, məsələn, sahibənin mətbəxində hazırladığı yeməyin qoxusu pilləkənin altına gedərsə və qonşularının narazılığına səbəb olarsa, 30 min lei (6.3 min avro) kimi olduqca ağır cərimə oluna bilər. Qoxuları hansısa formada yayan hüquqi şəxs olduqda isə - 80 min lei (16,7 min avro) cəza kəsiləcək.
Olfaktiv narahatlıq səviyyəsi, yerli ekoloji orqanların hər hansı bir iqtisadi fəaliyyət üçün verdiyi icazələrdə müəyyən ediləcək. Hansısa şirkət müəyyən edilmiş standartları pozarsa, bağlana bilər.
Mənbə: argumenti.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət