Dərc edildi: Baxış sayı: 1348
Rüknəddin Məsud Məsihi - Vərqa və Gülşa - Rübailər
Ey mǝrifǝtin baği-sǝhanın sǝmǝri,
Vey mǝkrǝmǝtin bǝhri-vüsudin göhǝri.
Vǝrqadǝdurur kǝmali-eşqin xǝbǝri,
Gülşadǝdurur sǝmali-hüsnün ǝsǝri.
Ey aşiqü mǝşuqǝ qoyan ǝndazǝ,
Sazǝndeyi-sünün ǝmǝl etmiş tazǝ.
Üşşaqidǝ Vǝrqayi düzübdür sazǝ,
Gülşayi qılıbdurur bülǝnd avazǝ.
Ey dust, mǝhǝbbǝtindǝ zar eylǝ mǝni,
Tövfiq qǝvafililǝ yar eylǝ mǝni.
Vǝrqa kimi eşqindǝ fikar eylǝ mǝni,
Gülşa kimi şövqindǝ hǝzar eylǝ mǝni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət