Dərc edildi: Baxış sayı: 602
Ruhanidən ilginc açıqlama: "ABŞ Zərifdən qorxur, ona görə də..."
Ağ Ev Məhəmməd Cavad Zərifin diplomatik gücündən qorxur.
Publika.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.
Prezident bildirib ki, Donald Tramp Administrasiyasının Zərifə sankisya tətbiq etməsi məhz bunun göstəricisidir: “Əgər onlar müzakirə aparmaqda ciddidirsə, Zərifdən başqa kiminlə danışacaqlar? Zərif İran diplomatiyasının patronudur və bütün millət adından danışıb müzakirə aparır”.
Qeyd edək ki, Zərif daha əvvəl onun və ailəsinin ABŞ-da mülkü və pulu olmadığını, buna görə də sanksiyalardan zərər görməyəcəyini açıqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət