Dərc edildi: Baxış sayı: 493
Ruhani Ukraynaya xüsusi nümayəndə göndərəcək - Rəsmi üzrxahlıq üçün
İran Prezidenti Həsən Ruhani ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı “Boeing 737” sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciə ilə əlaqədar rəsmi şəkildə təəssüflüyünü çatdırmaq üçün yaxın vaxtlarda Ukraynaya xüsusi bir nümayəndə göndərəcəyini vəd edib.
Bu barədə İran administrasiyasının saytında deyilir.
“Ukraynaya İran xalqının və hökumətinin peşmanlığını rəsmi şəkildə çatdırması üçün yaxın vaxtlarda ölkənizə xüsusi nümayəndə göndərəcəyəm”, - deyə məlumatda bildirilir. İran Prezidenti əlavə edib ki, İranın Xarici İşlər nazirinə ukraynalı həmkarı ilə daim təmasda olması və təyyarə qəzası ilə bağlı əməkdaşlığı davam etdirməsinə dair tapşırıq verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət