Slimfit
  1. DÜNYA

Ruhani: "İranda COVID-19-un ikinci dalğası başlayıb"

Ruhani: "İranda COVID-19-un ikinci dalğası başlayıb"
Sakura

Ruhani: "İranda COVID-19-un ikinci dalğası başlayıb"

“İran koronavirusun ikinci dalğasından da keçəcək”.
 
Ens.az “Report”-a  istinadən xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün hökumətin iclasında çıxış edərkən deyib.
 
Onun sözlərinə görə, birinci dalğa əsasən ölkənin şimal və mərkəzi hissəsinə təsir göstərib, mayın ortalarında başlayan ikinci dalğa isə ölkənin cənub bölgələrinə daha çox ziyan vurur.
 
İranda koronavirusa ilk yoluxma faktının qeydə alındığı 19 fevral tarixindən bu yana 262 mindən çox yoluxma halı aşkarlanıb, bunlardan 13,2 mini ölümcül olub.
 
Hazırda 225 mindən çox insan virusdan sağalıb.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR