Slimfit
  1. DÜNYA

Ruhani Avrasiya İttifaqının konfransında: “Ermənistanın bu mühüm tədbirə sədrlik etdiyi və Sarkisyanın qonağı olduğum üçün xoşbəxtəm”

Ruhani Avrasiya İttifaqının konfransında: “Ermənistanın bu mühüm tədbirə sədrlik etdiyi və Sarkisyanın qonağı olduğum üçün xoşbəxtəm”
Sakura

Ruhani Avrasiya İttifaqının konfransında: “Ermənistanın bu mühüm tədbirə sədrlik etdiyi və Sarkisyanın…

Tarixi Azərbaycan ərazilərində qurulmuş iki dövlətin liderləri - Sarkisyanla Ruhani bir-birinə iltifatlar yağdırdılar

Hurriyyet.org xəbər verir ki, Ermənistanın prezidenti Armen Sarkisyan İran İslam Respublikasının prezidenti Həsən Ruhanini qəbul edib. Ruhani Ermənistana Avrasiya İqtisadi İttifaqının genişləndirilmiş iclasında iştirak eləmək üçün gedib.

“İran-erməni münasibətləri təsəvvür elədiyimizdən çox böyük potensiala malikdir”

Sarkisyan İran prezidentinin Ermənistana səfəri ilə bağlı belə deyib: “Maraqlı dövr başlamaqdadır, lakin biz belə maraqlı dövrləri birlikdə min illər yaşamışıq. Bütün dünyada olan insanlar dostluq, qardaşlıq münasibətlərinə nümunələr axtarırlarsa, bizim millətlərin tarixi buna yaxşı bir nümunədir. Mən də Ermənistan prezidenti olaraq, bu böyük işə öz kiçik töfhəmi verməyə hazıram. Tərəfdaşlarımızın qarşısında təkrar eləmək istəyirəm ki, bizim aramızda çox maraqlı söhbət olub, bu söhbətin əsas ideyası İran-erməni münasibətlərinin bizim təsvvür elədiyimizdən çox böyük potensiala malik olmasıdır”.

“Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığımız İranla Ermənistanın münasibətlərini daha da möhkəmləndirəcək”

İran prezidenti Həsən Ruhani Sarkisyana mehriban qarşılanmaya görə təşəkkür edərək deyib: “Xoşbəxtlikdən Ermənistan ilə İran arasında əsrlər boyunca çox yaxın və isti münasibətlər olub. Ermənistanın bu gün çox mühüm bir tədbirə sədrlik eləməsi və mənim də onun qonağı olmağım məni çox sevindirir”.

Prezidentlərin görüşündən sonra iki ölkənin nümayəndə heyətlərinin geniş iclası keçirilib.

Ruhani deyib: “Sabah Ermənistan mühüm bir tədbirə sədrlik edəcək, bu tədbirdə regionun və regionun hüdudlarından kənardakı ölkələrin liderləri iştirak edəcəkdir. Biz Ermənistanla İran arasındakı mehriban qonşuluq münasibətlərindən çox razıyıq. Avrasiya İqtisadi İttifaqı bu əməkdaşlığı möhkəmləndirəcəkdir. Təqribən bir ay sonra biz Avrasiya İqtisadi İttifaqı ilə münasibətlər qurulması prosesinə daxil olacağıq. Əlbəttə ki, bu əməkdaşlıq bizim ticari-iqtisadi əlaqələrimizi daha çox möhkəmləndirəcəkdir. Ümidvaram ki, İrəvan konfransı təkcə Avrasiya İttifaqının üzvü olan ölkələrlə əməkdaşlığa yox, həm də Ermənistanla daha sıx münasibətlərin formalaşmasına kömək edəcəkdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR