Slimfit
  1. CƏMİYYƏT

Röya Ermənistanla sərhəddə yaşayan qazaxlı nənənin evini təmir etdirəcək

Röya Ermənistanla sərhəddə yaşayan qazaxlı nənənin evini təmir etdirəcək
Sakura

Röya Ermənistanla sərhəddə yaşayan qazaxlı nənənin evini təmir etdirəcək

Bloqer Tural Yusiflinin Qazax rayonun Quşçu Ayrım kəndində lentə aldığı və evinin təmirə ehtiyacı olduğunu deyən 75 yaşlı Əsmər Cəfərovanın evinin təmir xərclərini Xalq artisti Röya öz üzərinə götürüb.

Bu barədə Yeniavaz.com-a elə Tural Yusiflinin özü məlumat verib:

“Az öncə məlumat aldım ki, Xalq artisti Röya Qazaxda Əsmər nənənin yanındadır və evin təmiri üçün bütün xərcləri öz üzərinə götürüb”.

T.Yusifli bildirib ki, nənəyə kömək etmək istəyənlər olsa da, onun övladının şəhid statusu olmadığı üçün bir çoxları bu fikrindən daşınıb:

“Bu yaxın günlərdə Qazaxın Quşçu Ayrım kəndində yaşayan 77 yaşlı Əsmər nənənin sosial problemini əks etdirən videopaylaşım etmişdim. Mənə çox zənglər gəldi, bu video üçün nənəyə yardım etmək istəyənlər var idi. Lakin nənənin oğlunun rəsmi şəhidlik statusu olmadığı üçün bir çoxu bu köməkdən yayındılar. Səbəb isə o idi ki, Əsmər nənənin oğlu Murad dörd il Qarabağda ağır döyüşlərdə olub və sağlamlığını itirərək təxris edilib və evə göndərilib”.

Qeyd edək ki, bloqerin lentə aldığı videoda Əsmər nənənin səmimiyyəti insanların rəğbətini qazanmışdı. O, bu video vasitəsilə evinin təmirsizliyinə diqqəti çəkmiş və köməyə ehtiyacı olduğunu bildirmişdi.

Nənənin “75 ildir mən burada yaşayıram. Camaat getsə də, mən burada, kəndimdə öləcəm. Torpaq anadır! ana! Oğlum kənddə dəfn olunub, mən onu qoyub hara gedim? Sizin kimi oğullara arxalanmışam” sözləri isə videonun ən yaddaqalan hissəsi idi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR