Rövnəq Abdullayev Vəli Qasımovu yubileyi münasibətilə təbrik edib
AFFA prezidenti Rövnəq Abdullayev veteran futbolçu Vəli Qasımovu 50 illik yubileyi münasibətilə təbrik edib.
"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, R.Abdullayev V.Qasımova Azərbaycanın futbol ictimaiyyəti adından təbriklərini çatdırıb. O, yubilyara cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Azərbaycan futbolunun istedadlı nümayəndələrindən sayılan Vəli Qasımov zəngin futbolçu karyerasına malikdir. O, “Neftçi” ilə yanaşı, Rusiya, İspaniya və Portuqaliyanın müxtəlif klublarında çıxış edib, 1992-ci il Rusiya çempionatının bombardiri olub. Hazırda V.Qasımov 2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqasının final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət