Slimfit
  1. AZƏRBAYCAN

Rövnəq Abdullayev Ukrayna prezidenti Zelenskiyə məktub göndərib

Rövnəq Abdullayev Ukrayna prezidenti Zelenskiyə məktub göndərib
Sakura

Rövnəq Abdullayev Ukrayna prezidenti Zelenskiyə məktub göndərib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski və Azərbaycan Dövlət Neft Şirkətinin -SOCAR-ın prezidenti Rövnəq Abdullayev ikitərəfli iqtisadi əməkdaşlığın enerji komponentini prioritet hesab edirlər.

“İyunun 21-də Abdullayev və Kanevski arasında görüş keçirilib. Görüş zamanı Azərbaycan və Ukrayna arasında energetika sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə edilib”,

- Ukraynanın Bakıdakı səfirliyi məlumat verir. Həmsöhbətlər ikitərəfli iqtisadi əməkdaşlığın enerji komponentinin prioritetliyi, həmçinin Ukraynada SOCAR-ın fəaliyyətinin genişləndirilməsinin vacibliyini qeyd ediblər.

“Bundan başqa, tərəflər Ukrayna prezidenti yanında İnvestorlar Şurası çərçivəsində aparılan işlərlə bağlı məsələləri müzakirə ediblər. Abdullayev gələcəkdə İnvestorlar Şurasının iclaslarında iştirak etməyə hazır olduğunu bildirib. Bununla bağlı Ukrayna prezidenti Vladimir Zelenskiyə məktub ünvanlanıb”, - məlumatda qeyd olunur. 

Hazırda Azərbaycan Ukraynaya əsas neft tədarükçüsüdür. 2019-cu ilin yamvar-may ayları ərzində Ukrayna $138,115 mln. məbləğində neft idxal edib, bunun $135,679 mln.-u Azərbaycandan tədarük olunub (98,24% pay ilə). SOCAR 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. Ukraynada neft məhsullarının topdan ticarət bazarında SOCAR-ın payı 10%-ə yaxındır. “SOCAR Ukraine” bu ölkədə YDM şəbəkəsinə malikdir və 60 stansiyanı idarə edir. Həmçinin şirkətin Kiyev, Lvov, Xarkov və Odessada neft bazaları var

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR