Slimfit
  1. CƏMİYYƏT

Rövnəq Abdullayev: “Təcrübə mübadiləmiz ən gözəl nəticələr verən təşəbbüslərimizdən biridir”

Rövnəq Abdullayev: “Təcrübə mübadiləmiz ən gözəl nəticələr verən təşəbbüslərimizdən biridir”
Sakura

Rövnəq Abdullayev: “Təcrübə mübadiləmiz ən gözəl nəticələr verən təşəbbüslərimizdən biridir”

“Bu gün təcrübə mübadiləmiz bizim ən gözəl nəticələr verən təşəbbüslərimizdən biridir. Bizim gənclərin "Petkim"də, Türkiyədə olan müəssisələrimizdə işləmə imkanlarının yaradılması zavodlarımızda iş mədəniyyətinin artırılmasına böyük təkan verdi”.

Report” xəbər verir ki, bu sözləri SOCAR prezidenti Rövnəq Abdullayev gənclərlə görüşdə bildirib.

SOCAR prezidenti qeyd edib ki, mübadilə davam edir. Heydər Əliyev adına Neft Emalı Zavodundan 30 nəfərə yaxın "Petkim"də və STAR-da çalışır və bu davam edəcək: "Biz artıq modernizasiya layihəsi çərçivəsində orada işləyənləri, təcrübə yığmış yüksək səviyyəli mütəxəssislərimizi geri qaytaracağıq. Zavodun gənc işçiləri bilməlidir ki, SOCAR DOWNSTREAM adlı şirkət yaratmışıq. Həmin şirkət modernizasiya və yeni qurğuların işlənməsini həyata keçirəcək. Bizim Türkiyədən qayıtmış mütəxəssislər həmin şirkətdə işə götürüləcək və onların yerinə yeni gənclərimiz STAR-a təcrübə keçmək üçün göndəriləcək. Biz bu qurğularda işləmək üçün indidən kadr hazırlığına başlamışıq. Sizi təcrübə üçün Türkiyəyə işləməyə göndərəcəyik”.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR