Slimfit
  1. İQTİSADİYYAT

Rotşild ailəsinin şirkəti türk kabel istehsalçısını satın alıb

Rotşild ailəsinin şirkəti türk kabel istehsalçısını satın alıb
Sakura

Rotşild ailəsinin şirkəti türk kabel istehsalçısını satın alıb

Ens.az Fins.az-a istinadən xəbər verir ki, ingilis inteqrasiya istehsal xidmətləri təminatçısı Volex, 61,8 milyon avroya (571,03 milyon TL) Türk plug-in kabel istehsalçısı Deka-nı  satın alıb.

Açıqlamaya görə, satınalmanın 2021-ci ilin yanvarında tamamlanması gözlənilir.

Qlobal səviyyədə inteqrasiya olunmuş istehsal xidmətləri göstərən İngilis şirkəti Volex, Türkiyənin plug-in kabel istehsalçısı Deka-nı 61,8 milyon avroya (571,03 milyon TL) satın alıb.

Şirkət tərəfindən verilən açıqlamaya görə, təsdiq üçün Rəqabət Şurasına təqdim ediləcək əməliyyatın 2021-ci ilin yanvarında tamamlanması gözlənilir.

Avropada elektron əşyalar sənayesini təmin edən Deka-nın təxminən 450 işçisi var. 2020-ci ilin ilk 9 ayında şirkətin ümumi satışları 33 milyon avroya çatıb.

İngilis Volex şirkətinin İdarə Heyətinin sədri Nat Rothschild, satınalma ilə əlaqədar verdiyi açıqlamada, Deka-nın satın alınmasının onlar üçün əhəmiyyətli bir fürsət olduğunu bildirib.Deka-nın iş modellərinə çox yaxşı uyğunlaşdığını deyən Rothschild, satınalmanın ilk ilindəki gəlirlərin artmasına diqqəti cəlb edib. Rothschild, satın alma ilə sektorda ən səmərəli və ucuz maliyyəli istehsalçı olma strategiyalarının da sürət qazanacağını bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR