Dərc edildi: Baxış sayı: 567
“Roskosmos”un 71 əməkdaşı koronavirusa yoluxub, 2-si ölüb
Rusiyanın raket-kosmik sahəsinin 2 əməkdaşı koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bunu “Roskosmos”un baş direktoru Dmitri Roqozin öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, indiyədək qurumun 71 əməkdaşı koronavirusa yoluxub. Onlardan 6-sı sağalıb, 2 nəfər isə ölüb.
Xatırladaq ki, rəsmi məlumata görə, Rusiyada indiyədək koronavirusa yoluxanların sayı 62 700-ü ötüb. Bunlardan 4 891 nəfər virusdan sağalsa da, 555 nəfər ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət