Dərc edildi: Baxış sayı: 584
Ronaldo Avropanın ən yaxşı hücumçusu seçildi
BBC Sport Avropada son 20 ilin ən yaxşı hücumçusunu müəyyənləşdirmək üçün azarkeşlər arasında sorğu keçirib.
Ens.az Yenisabah.az-a istinadən xəbər verir ki, səsvermədə 2000-ci ildən bəri üç mövsüm ən azı 20 qol vuran Avropanın ən yaxşı 32 avropalı hücumçusunun adı yer alıb.
Səsvermənin nəticəsinə əsasən, Kriştiano Ronaldo və Tyerri Anri finala yüksəlib. Finalda "Yuventus"un portuqaliyalı oyunçusu 54 faiz səslə qalib gəlib və Avropanın ən yaxşı hücumçusu seçilib.
Qeyd edək ki, Ronaldo 2002-ci ildə "Sportinq"də debütündən indiyə kimi 838 matçda 626 qol vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət