Dərc edildi: Baxış sayı: 1155
Roma əsgərlərinin atları üçün hazırlanmış 1500 illik tövlə tapıldı
Türkiyənin qabaqcıl turizm mərkəzlərindən olan Kapadokya bölgəsində tapılan dünyanın ən böyük yeraltı şəhərində Roma əsgərlərinin atlarının saxlandığı 1500 illik tövlə ortaya çıxıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Nevşehir bələdiyyəsi tərəfindən ortaya çıxarılan dünyanın ən böyük yeraltı şəhərində araşdırmalar davam etdirilir. Araşdırmalar zamanı 1500 il əvvəl Şərqi Roma dövründə müharibə atlarının saxlanıldığını tövlə ortaya çıxıb.
Tövlənin içində 50 yemlik tapılıb. Bu yemliklərdə 100 atın eyni anda bəsləndiyi bildirilib.
Kapodokya bölgə dünya turizminin paytaxtıdır. Bu bölgəyə illik 2 milyon 700 min turist gəlir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət