Slimfit
  1. TEXNOLOGİYA

Robotların insana bənzəməsi bizi nə üçün narahat edir?

Robotların insana bənzəməsi bizi nə üçün narahat edir?
Sakura

Robotların insana bənzəməsi bizi nə üçün narahat edir?

Tədqiqatçılar hər cür iş görməyi bacaran robotlar üzərində çalışırlar. İndi isə bütün bu bacarıqlara əlavə olaraq, robotlar həm də xarici görünüşlərinə görə insana bənzəməyə başlayır. Bu bənzərlik isə insanları narahat edir.

Robotlar müxtəlif formada və ölçülərdə olur. Bəziləri insanları gülümsədir. Digərləri isə insanlara oxşadığından onları rahatsız edir. Tədqiqatçılar da onların arasındadır. 

Conatan Qratç: Virtual İnsan Tədqiqatı Mərkəzinin direktoru:“Mən onların necə çalışdığını bilirəm. Bilirəm ki, onlar maşındır. Lakin insana bənzəsələr də insana xas olmayan hərəkətləri adamı bir qədər narahat edir.”

Getdikcə daha çox insan bu cür narahatlıqlar hiss etdiyini bildirir. 

Kompüter elmi və psixologiya professoru Conatan Qratç deyir ki, bu narahatlığın bir neçə izahı var. İzahlardan biri bunun bioloji olması ilə bağlıdır. İnsanlar instinktiv olaraq nəyinsə doğru olmadığı hiss edirlər.

Conatan Qratç: “Mən tədqiqatımda emosiyaları və digərlərin düşündüyünü bilmək üçün emosiyalarımızı necə istifadə etdiyimizi öyrənirəm. Fikrimcə problem ondadır ki, sən reala bənzər bir şey hazırlayırsansa, ondan informasiya oxumağa çalışanda anlayırsan ki, aldığın doğru informasiya deyil. Bununla da ünsiyyətiniz alınmır.”

Başqa bir izah da robotların insana bənzəməsinin insanlıq anlayışına hədə olmasındadır.

Conatan Qratç: “İnsanlar hər zaman yeganə ağıllı varlıq hesab ediliblər. İndi isə biz öyrənirik ki, heyvanlar da insanların etdiyi bəzi şeyləri edə bilir. Biz görürük ki, maşınlar da zəka sahibi olmağa başlayırlar. Bu vəziyyətdə bizim təsəllimiz robotlardan fərqli olaraq bizim emosional varlıq olmağımızdır. Lakin indi görürük ki, maşınlar da emosional olmağa başlayırlar. Bu bizi hara aparır?”

Con Rebula bu humanoid robotun hazırlanması üzərində çalışır. Hermes adlı robot insan kimi gəzə bilir. Con deyir ki, robotun üzü əhəmiyyətli deyil və yalnız kosmetik məna kəsb edir.

Con Rebula, Cənubi Kaliforniya Universitetinin robotiks tədqiqatçısı: “Biz bu robotları söküb-yığdığımız tədqiqat maşınları kimi görürük. O səbəbdən də bizə bu kosmetik məqamlara fikir verməmək asandır.”

Hermes xoş təsir bağışlayır. Amma insana daha çox bənzəməyə başlasa necə?

Con Rebula: “Mən əmin deyiləm ki, insana bənzər robot ilə bütün günü laboratoriyada qalmaq istərdim. Biz burada çoxlu gecələr keçiririk. Bəzən olur ki, düzgün çalışmadıqları üçün robotların üzərinə qışqırırıq. İnanmıram ki, bunun daha da qəribə bir forma almasını istərdim.”

İnsanlarla işləməli olan maşınları hazırlayan tədqiqatçılar bu narahatlıq fenomeninin nəzərə almağa çalışırlar.

 

Mənbə: Amerikansəsi.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR