Slimfit
  1. TEXNOLOGİYA

“Robot gepard” geriyə salto edir

“Robot gepard” geriyə salto edir
Sakura

“Robot gepard” geriyə salto edir

Massaçusets Texnologiya İnstitutu (MIT) geriyə salto edən “Mini Cheetah” adlı dördayaqlı robotun iştirakını əks etdirən video dərc edib.

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, “robot gepard” geriyə salto edən ilk dördayaqlı robotdur. Çəkisi 9 kq təşkil edən robotun hərəkət diapazonu ona gimnastla mübarizə aparmağa imkan verir. “Mini Cheetah” əyilə və ayaqlarını geniş aça, nahamar yerlərdə insandan iki dəfə sürətli hərəkət edə bilir. Yıxılan zaman robot tez və müstəqil ayaq üstə qalxır. Onun ayaqüstü vəziyyətdə geriyə salto etmək bacarığı isə daha heyrətləndiricidir.   

Tədqiqatçıların sözlərinə görə, “Mini Cheetah” dözümlü şəkildə layihələndirilib. Modul prinsipi üzrə yığılan robotun əl-ayaq və ya mühərrikinin sınması zamanı istənilən detalı çox asanlıqla yenisi ilə əvəzləmək mümkündür.

Təkmilləşdirilmiş “mini-gepard”ın mayda keçiriləcək robot texnikası və avtomatlaşdırma üzrə beynəlxalq konfransda nümayişi planlaşdırılır.  

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR