Slimfit
  1. DÜNYA

Robert Koçaryan və Serj Sarqsyan diplomatik pasportdan məhrum edilib

Robert Koçaryan və Serj Sarqsyan diplomatik pasportdan məhrum edilib
Sakura

Robert Koçaryan və Serj Sarqsyan diplomatik pasportdan məhrum edilib

Ermənistanda diplomatik pasportdan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, Robert Koçaryan, həyat yoldaşı Bella Koçaryan, oğulları Sedrak və Levon, ikincinin həyat yoldaşı müğənni Siruşo, qızı Qayane, nəvələri Bella, Ani, Emma, David Mikael də diplomatik pasportsuz qalıblar.

Hətta Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyanın da bu üstünlükdən məhrum edildiyi də vurğulanıb.

Diplomatik pasportdan məhrum edilənlərin siyahısında Sej Sarqsyan, onun həyat yoldaşı Rita Sarqsyan, qızı, qardaşı Aleksandr Sarqsyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, “Taşir qrupu”nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, oliqarx Qaqik Tsarukyanın ailəsi də var. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR