Restoranlarda Ramazan ayı menyusu - Qiymətlər
Ramazan ayının başlamasına sayılı günlər qalıb. Artıq paytaxtda bəzi restoranlar Ramazan ayına özəl hazırlıqlar görüb.
Xezerxeber.az-ın məlumatına görə, restoranlar oruc tutanlar üçün iftar menyuları hazırlayıblar.
Qiymətlər isə menyuda olan yemək çeşidlərinin sayına görə dəyişir. Şəhər restoranlarında iftar menyularının qiyməti əsasən 10 manatdan başlayır. Məsələn, çəkiliş apardığımız bir restoranda 1 nəfər üçün iftar menyusunun qiyməti 15-20 manatdır. Bol çeşidli salatlı menyulara müxtəlif yeməklər daxildir.
Başqa bir restoranda isə iftar menyusu 20-25 manatdır.
Bundan başqa, bəzi restoranlarda imsaq menyuları da təklif edilir. Burada səhər yeməkləri limitsiz olaraq verilir və qiymətlər 10 manatdan başlayır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət