Slimfit
  1. AZƏRBAYCAN

Restoran və obyekt sahiblərinin diqqətinə!

Restoran və obyekt sahiblərinin diqqətinə!
Sakura

Restoran və obyekt sahiblərinin diqqətinə!

Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində şəhərin müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayının artması ilə bağlı geniş müşavirə keçirilib. 

Femida.az-a daxil olan məlumata görə, nüşavirədə qeyd olunub ki, ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferə tüstü buraxmaqla çirkləndirilir, həmçinin obyektlərin yerləşdiyi ərazilərdə ətraf mühitə ziyan vurulur, bəzi yerlərdə yaşıllıqlar məhv edilir, ağacların kəsilməsinə və ya qurumasına yol verilir. Obyektlərin yerləşdikləri ərazilərdə, xüsusən şənbə və bazar günlərində qoxu ilə müşayiət olunan tüstü yayılır ki, bu da insanlarda diskomfort yaradır, vətəndaşlar tərəfindən çoxsaylı şikayət və narazılıqların daxil olmasına səbəb olur. Bu obyektlərin fəaiyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilib.

Yaxın vaxtlardan etibarən Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə reydlərə başlanacaq, sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan iaşə obyektləri və sadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR