Slimfit
  1. CƏMİYYƏT

COP29 zamanı Şura iclasında iştirak edənlər dedikləri və ya yazdıqlarına görə məsuliyyət daşımayacaq

COP29 zamanı Şura iclasında iştirak edənlər dedikləri və ya yazdıqlarına görə məsuliyyət daşımayacaq
Sakura

COP29 zamanı Şura iclasında iştirak edənlər dedikləri və ya yazdıqlarına görə məsuliyyət daşımayacaq

Gələn ay Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq Şura iclasında iştirak edəcək bəzi şəxslər dedikləri və ya yazdıqları sözlərə görə məsuliyyət daşımayacaq.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəfləri Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəfləri Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, Təmiz İnkişaf Mexanizmi (TİM) İdarə Heyətinin üzvləri və Şuranın iclasında iştirak edən ehtiyat üzvlər dedikləri və ya yazdığı sözlərə və TİM-in görüşündə iştiraklarla bağlı vəzifə səlahiyyətləri çərçivəsində etdikləri hər hansı hərəkətə görə məhkəmə prosesinə cəlb olunmayacaq.

Eyni zamanda müşahidəçi təşkilatların nümayəndələri sessiyaqabağı görüşlərdə, konfransda, eləcə də çərçivə konvensiyası görüşlərində iştirakları ilə bağlı danışdıqları və ya yazdığı sözlərə və onların öz fəaliyyətləri ilə əlaqədar həyata keçirdikləri hər hansı hərəkətlərə görə də məsuliyyətdən azaddırlar.

Həmçinin sessiyaqabağı görüşlərdə iştirak üçün katiblik tərəfindən akkreditə olunmuş və yaxa kartları verilmiş iştirakçılar da dediyi və ya yazılı sözlər, həyata keçirdikləri hər hansı hərəkətə görə məhkəmə prosesinə cəlb olunmayacaq.

Qeyd edək ki, beynəlxalq tədbir noyabr ayının 11-22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR