Rəsmi Bakı: Müdafiə Nazirliyinin Yerevanla rabitəsi yoxdur
Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə nazirinin səlahiyyətlərini icra edən David Tonoyanın iki ölkə müdafiə nazirlikləri arasında birbaşa rabitə əlaqəsinin qurulması barədə sensasion bəyanatına cavab verib.
Müdafiə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan müdafiə nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil.
“Düşənbədə əldə olunmuş razılığa əsasən, cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil”, məlumatda qeyd edilib.
Qeyd edək ki, Tonoyan bu gün bəyan edib ki, Bakı və Yerevan arasında qurulan əlaqə nazirlər səviyyəsində deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət