Slimfit
  1. CƏMİYYƏT

Rəsmi açıqlama: “Plastik qablarda içkilərin günəş şüaları altında saxlanılması yolverilməzdir”

Rəsmi açıqlama: “Plastik qablarda içkilərin günəş şüaları altında saxlanılması yolverilməzdir”
Sakura

Rəsmi açıqlama: “Plastik qablarda içkilərin günəş şüaları altında saxlanılması yolverilməzdir”

Yay fəslinin əvəzedilməzi sərinləşdirici içkilərdir. Bu içkilərin istehlakçıya zərərinin olmaması üçün istehsal prosesindən başlayaraq ən son nöqtəyə kimi lazımı tələblərə əməl edilməlidir.

Həmin suları addımbaşı market və köşklərdən ala bilərik. Təəssüf ki, bəzi obyektlər suların düzgün saxlanma şəraitinə əməl etmir. Belə ki, tələbat çoxluğundan sifariş verilən suyun miqdarı əvvəlki dövrlərlə müqayisədə dəfələrlə artıq olur. Bu zaman suların yerləşdirilib, saxlanılması üçün soyuducular lazımdır. Lakin bəzi işbazlar əlavə soyuducu almaq əvəzinə suları açıq hava altında, hətta birbaşa günəş şüalları ilə təmas şəraitində saxlayırlar. Xüsusilə də günəş altında qalan plastik qablarda olan içkilər insan orqanizmi üçün olduqca zərəzlidr.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qablaşdırma qida və qeyri-qida məhsullarının təhlükəsiz şəraitdə saxlanılması, ətraf mühitin zərərli təsirlərindən qorunması və rahat daşınması üçün əhəmiyyətli vasitədir: “Qablaşdırma məhsulları fərqli formalarda və fərqli materiallardan hazırlanır. Bunlara plastik, metal, kağız, şüşə və digər əsaslı qablaşdırma məhsullarını misal göstərmək olar. Məhsulların qablaşdırılmasında istifadə edilən materialların qida üçün təhlükəsiz və təsirsiz olması vacibdir. Lakin araşdırmalar göstərir ki, bu cür materialların heç də hamısı təhlükəsiz qablaşdırma materialları hesab edilmir. Buna plastik qablaşdırma materiallarını misal göstərmək olar. Belə ki, qida məhsullarının qablaşdırılması üçün istifadə olunan plastik qablardan toksiki xassəli kimyəvi maddələr qidaya miqrasiya edə bilər. Bunlar bilavasitə plastiklərin istehsalı prosesində yaranan və xammaldan gələn maddələrdir. Çünki, plastik materialların əksəriyyəti yüksək tempuratur şəraitində və neftin təkrar emal məhsullarından alınır. Bu da plastiklərdə sağlamlığımız üçün təhlükə yarada bilən zərərli kimyəvi maddələrin yaranmasına gətirib çıxarır. Belə maddələrə ağır metallar, ftalatlar, plastik monomerləri, bisfenol A və s. misal göstərmək olar. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması belə maddələrin qidaya miqrasiyasına əlverişli şərait yaradır. Nəticədə belə məhsullarından uzun müddət istifadə insan sağlamlığına mənfi təsir göstərir. Odur ki, plastik qablarda qablaşdırılan qida və içkilərin uzun müddət günəş şüaları altında saxlanılması yolverilməzdir.

İçməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur.

Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərin mənfi yöndə dəyişməsinə səbəb olur”.

“Qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir. Bu zəncirin hər hansı bir hissəsində baş verən qırılma sonda təhlükəli məhsulun istehlakçıya qədər çatmasına gətirib çıxara bilər. İstənilən qida məhsulu kimi, qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmaqla saxlanılması və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin, qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb bağlanmamasına xüsusi diqqət edilməlidir. Plastik qablaşdırılmış suları mümkün qədər şüşə qablaşma ilə əvəz etmək, ev şəraitində soyuducularda su saxlayarkən də buna əməl etməkdə fayda var”, - deyə AQTA-dan bildirilib.

Azərbaycan Tibb Universitetinin Qidalanma və Kommunal Gigiyena kafedrasının müdiri "Report"a İbrahim Əhmədov bildirib ki, ümumiyyətlə hazırda dünyada plastik qablarla bağlı ciddi müzakirələr var: “Onların ziyanları barədə mülahizələr irəli sürülür. Plastik qabların əsas ziyanı ekologiyayadır. Belə ki, bu qabların çürüyərək torpaqda yox olması üçün neçə yüz illiklər lazımdır. Biz yalnız belə məhsulların zərərsizləşdirməsi məsələsini həll etsək, təhlükəsi qalmaz. Həmçinin inqilab dövründə isə biz plastik qablardan tamamilə imtina edə bilmərik. Belə qabların qidaların saxlanılması üçün nəzərdə tutulan çeşidi var. Əgər həmin qablarda olan qidaların saxlanılma şəraitinə düzgün əməl edilərsə, heç bir problem olmaz. Suyun özünün də mühiti var. Su da nəfəs alır, onun elektron forması var. Plastik qablarda olan içkilər, sular gün altında qaldıqda, daha sonra başqa mühitə düşdükdə mayenin tərkibindəki komponentlərdə ciddi dəyişikliklər baş verir. Bu baxımdan belə məhsullar üçün nəzərdə tutulan əlverişli şəraitdə saxlamaq lazımdır. Nəzərdə tutulan şərait isə alçaq temperatur və qaranlıqdır. Bu tələblərdən kənara çıxdıqda qəbul edilərsə, fəsad kimi o dəqiqə nə zəhərlənmə, nə də bağırsaq pozuntusu baş verir. Sadəcə zaman-zaman daxilimizdə fəsadları gedir. Belə məhsullar alarkən alıcı məhsulun düzgün şəraitdə saxlanılıb-saxlanılmamasını qiymətləndirməlidir. Yəni təkcə istehsal və son istehlak tarixinə diqqət yetirmək deyil, necə şəraitdə saxlanılmasına da baxmaq vacibdir”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR