Slimfit
  1. MƏDƏNİYYƏT

Rəsm Sənətinin İncəlikləri - Sənətkarın Rəngli Dünyası

Rəsm Sənətinin İncəlikləri - Sənətkarın Rəngli Dünyası
Sakura

Rəsm Sənətinin İncəlikləri - Sənətkarın Rəngli Dünyası

Rəssamlıq — təsviri incəsənətin ən qədim növlərindən biri. Sərt və yumşaq kətana rənglərin çəkilməsi, rəqəm texnologiyası və xüsusi texnologiyalarla real predmetə və canlıya oxşar vizual təsvirin yaradılması.

Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.

Rəssamlıq sənəti bədii-estetik funksiyaların çoxcəhətliliyi ilə bağlı müxtəlif növlərə bölünür:

monumental rəssamlıq;

dekorativ rəssamlıq;

teatr-dekorativ rəssamlığı;

miniatür rəssamlıq;

dəzgah rəssamlığı.

Hər növün özünəməxsus texniki ifadə üsulları və materialları var.

Rəssamlığın ən geniş yayılmış forması dəzgah rəssamlığıdır. Kətan və ağac üzərində yağlı boyalarla çəkilən belə əsərlər "molbert" adlanan xüsusi dəzgahda yaradılır. Üzərində, əsasən, yağlı boya ilə çəkilir. Yağlı boya ilə yanaşı rəssamlıqda tempera, pastel, akvarel, quaş texnikaları da tətbiq edilir. Monumental rəssamlıq əsərlərindən fərqli olaraq, dəzgah rəssamlığı əsərləri sərbəstdir və istənilən yerdə asıla bilər.

Məzmun etibarilə rəssamlıq sənəti bu janrlara bölünür*

tarixi rəssamlıq;

mifoloji rəssamlıq;

məişət rəssamlığı;

portret rəssamlığı;

mənzərə rəssamlığı;

natürmort rəssamlığı və s.

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.

Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür. İnsan hisslərini təsvir edən vasitədir. Rəssamlıq isə təsviri incəsənətin ən qədim növlərindən biridir. Rəssamlıqda real aləmin həcmi, rəngi, məkan, əşyaların maddi forması, işıq və hava mühiti və s. kimi gözlə qavranılan, obyektiv surətdə mövcud olan əlamətlər canlandırılır. Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Bədii obrazın bu komponentləri rəsm, kompozisiya, kolorit, işıq-kölgə, perspektiv, ritm kimi təsvir və ifadə vasitələri ilə konkretləşdirilir.Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan təsviri sənətimizin mövzu palitrasında hərb tariximizə  həsr olunmuş müxtəlif janrlı əsərlər xüsusi yer tutur. Bunu şərtləndirən başlıca səbəb bu hərb tariximizin kifayət qədər qədim olmasıdır. Elə Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nümayəndəsi Cavanşirin naməlum tişə ustası tərəfindən hazırlanmış tunc heykəlində (VII əsr) də hərb tariximizin əski işartıları görünməkdədir. Eldəgizlərin əsgərini əks etdirən plastika nümunəsi də bu qəbildəndir.IX əsrdə ərəb işğalçılarına qarşı mübarizə aparan məşhur sərkərdəmiz Babəkə həsr olunmuş əski sənət əsərləri bizim dövrə gəlib çatmasa da, sovet dönəmində onun igidliyinin dəfələrlə rəssam və heykəltəraşlarımız tərəfindən tərənnüm olunduğunu qeyd etməliyik. Yeri gəlmişkən deyək ki, İkinci Dünya Savaşı illərində sovet hökumətinin cəmiyyəti faşizmlə mübarizəyə ruhlandırılmasında adları Azərbaycan xalqının qan yaddaşında əbədi yer tutmuş xalq qəhrəmanları Babək, Koroğlu və Cavanşir obrazlarından istifadə olunmuşdur.  Həmin əsərlərin təbliği — insanlara bu cür igid sələflərinin olduğunu xatırladılması, heç şübhəsiz, həm ön, həm də arxa cəbhədə olanlar üçün sonsuz dərəcədə ruhlandırıcı idi. Bu mənada M.Abdullayev, S.Şərifzadə və B.Mirzəzadə tərəfindən yaradılmış «Böyük Babəkin yürüşü” (1941) çoxfiqurlu tablosunun, S.Şərifzadənin „Babək”(1944), T.Tağıyevin “Koroğlu” (1942), K.Xanlarovun „Cavanşir” (1942), S.Bəhlulzadənin “Babək üsyanı” və „Bəzz qalasının müdafiəsi” (1940-1941) rəngkarlıq tabloları ilə yanaşı, heykəltəraş F.Əbdürrəhmanovun Babək, Cavanşir və Koroğlu ilə bağlı relyeflərinin (1943) adını çəkmək olar. Bu obrazlara sonrakı illərdə T.Salahov, T.Məmmədov, A.Qazıyev və b. da bədii münasibət göstərmişlər.

Ramazan Bağırovla Əlaqə

+994 50 363 69 02

videographer: Omar Qurbanov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR