Rəşad Dağlı ilə bağlı YENİ MƏLUMAT
Qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş meyxanaçı Rəşad Dağlı (Əmirov) apellyasiya şikayəti vermək hüququndan istifadə etməyib.
Ens.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu günə qədər nə Rəşad Dağlı və vəkili, nə prokuror, nə də zərərçəkmiş şəxsin hüquqi varisi apellyasiya şikayəti verib.
Meyxanaçıya ittiham olunduğu maddələrdə nəzərdə tutulan ən aşağı sanksiya həddində (CM-nin 120.1-ci maddəsi ilə 9 il, 228.4 6 ay) həbs cəzası təyin edilib. Görünür Rəşad Dağlı hökmdən razı qalıb, bu səbəbdən yenidən hakim qarşısına çıxmaq istəməyib.
Qanunvericiliyə görə, tərəflər bundan sonra apellyasiya şikayəti vermək istəsələr, müddətin bərpa edilməsi üçün əsaslı səbəblə məhkəməyə müraciət etməlidirlər.
Qeyd edək ki, dövlət ittihamçısı, vəkil və zərərçəkmiş tərəf hökm elan olunduğu, təqsirləndirilən şəxs isə hökmün surətini aldığı vaxtdan 20 gün müddətinə şikayət verə bilər. Bu müddət başa çatdıqdan sonra hökm qanuni qüvvəyə minir, təqsirləndirilən şəxs məhkum kimi cəzaçəkmə müəssisəsinə köçürülür.
Qeyd edək ki, Rəşad Dağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyul tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət