Dərc edildi: Baxış sayı: 490
Repetitor kurslarının akkreditasiyadan keçirilməsi təklif edilir
“Təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı yeni qanun layihəsi hazırlanır”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli deyib.
Komitə sədri qeyd edib ki, bu layihə tez bir zamanda hazırlanacaq.
Xatırladaq ki, deputat Sona Əliyeva təhsil xidmətini həyata keçirən fiziki şəxslərin də akkreditasiya qaydalarının hazırlanmasını təklif edib. O qeyd edib ki, yerlərdə hazırlıq (repetitor) kursları fəaliyyət göstərir, bunları da fiziki şəxslər həyata keçirir. Onların fəaliyyəti ilə bağlı lisenziya tələb olunmur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət